Azərbaycan “Böyük Dəbilqə”də ilk günü üç medalla başa vurdu

19:40 05-11-2021 437

Azərbaycan cüdoçuları Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışının ilk gününü 3 medalla tamamlayıb.

HerGun.Az-ın xəbərinə görə, Azərbaycanın qadın cüdoçusu İçinxorloo Munxtsedev (-52 kq) finalda   Momo Tamaokiyə ipponla uduzaraq gümüş medalla kifayətlənib. 

Qeyd edək ki, daha əvvəl Orxan Səfərov (-66 kq) qızıl və Rövşən Əliyev (-60 kq) bürünc medal əldə edib.

Xatırladaq ki, 154 min avro mükafat fondu olan yarış bazar günü başa çatacaq.

Səbuhi Musayev