“Qızıl Top”un builki sahibi məlum oldu

21:20 05-11-2021 465

PSJ-nin hücumçusu Lionel Messi yeddinci dəfə “Qızıl Top”a layiq görülüb.

İddiaya görə, futbolçu artıq səsvermənin nəticələrinə əsasən qalib gəlməsindən xəbərdardır. O, hətta “France Football” nəşrinə ənənəvi müsahibəsini də verib.

Qeyd edək ki, mükafatın təqdim olunma mərasimi noyabrın 29-da Parisdə baş tutacaq.

Mənbə: RTP