Qarabağın minalardan təmizlənməsi üçün ölkəyə idxal edilən malların SİYAHISI TƏSDİQLƏNDİ - FOTO

12:20 06-11-2021 434

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara dəyişiklik edilib.

HerGun.Az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı təsdiq edilib.

Qərar 2021-ci il 15 oktyabr tarixindən tətbiq edilir və beş il müddətində qüvvədədir.