AMEA-nın sənaye parkında ölüm hadisəsi baş verdi
14:20 06-11-2021 490
Azərbaycan Milli Elmlər Akademiyasının sənaye parkında bədbəxt hadisə nəticəsində ölüm hadisəsi baş verib.
HerGun.Az-ın AMEA-dan əldə etdiyi məlumata görə, Bakı şəhər sakini 55 yaşlı Kəmaləddin Mehrəliyev sənaye parkında çalışarkən hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.