İşıqsız qalan Qızılqaya sakinləri aydınlığa çıxacağı günü gözləyirlər - VİDEO

16:00 06-11-2021 407

Gəncədə Qızılqaya qəsəbəsinin sakinləri artıq uzun illərdir elektrik enerjisinin verilişindən əziyyət çəkir. Təxminən 30-dan artıq ailə, sözün həqiqi mənasında, elektrik enerjisi üzünə həsrət qalıb.

Yaşayış massivi Gəncə ilə Göygöl rayonunun tam yaxınlığında yerləşir və Gəncə şəhəri Nizami rayonunun ərazisi hesab edilir. Burada çox az sayda ev var ki, elektrik enerjisindən istifadə edir.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, Qızılqaya qəsəbəsində yaşayan 30 ailəni işığa çıxaran tapılmayıb.

Onu da bildirək ki, elektrik enerjisi xətti yaşayış massivinin bir neçə kilometrliyindən keçir. Çox az sayda evlərə çəkilən elektrik enerjisi kustar üsulla hazırlanan dirəklər vasitəsi ilə mümkün olub.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin sözçüsü Vaqif Aydınoğlu bildirib ki, əhali elektrik enerjisinin çəkilişi üçün ancaq “ASAN Kommunal”a müraciət etməlidir. Məhz bundan sonra qəsəbənin işıq problemi həllini tapa bilər.