“Zəfər Kuboku” futbol çempionatının qalibləri mükafatlandırıldı - FOTO

16:20 06-11-2021 444

“Port Bazar” və “Rahat” marketlər şəbəkəsinin təşəbbüsü ilə 44 günlük haqq savaşında qazanılan qələbəyə və şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər Kuboku” və müxtəlif hədiyyələr sahiblərinə təqdim edilib.

“ANC GROUP” MMC-də baş tutan “ZƏFƏR” turnirinin final oyunlarında şirkətdə çalışan Vətən müharibəsi iştirakçıları, qazilərlə görüş keçirilib və hər biri mükafatlandırılıb.

Torpaqlarımızın işğaldan azad olunmasının birinci il dönümünə həsr olunmuş “ZƏFƏR” turnirinin qalibləri - birinci yerin sahibi “Ağdam” klubu, ikinci yerin sahibi “Xudafərin” klubu, üçüncü yerin sahibi “Murov” klubu olub.

Final oyunundan sonra “ANC GROUP” MMC-nin baş direktoru Samir Abdullayev tərəfindən qalib komandalar və fərqlənən oyunçular xüsusi pul mükafatları, hədiyyələr və diplomlarla mükafatlandırılıb.

1. Ən yaxşı qapıçı - Əlibala Quluzadə “AĞDAM” komandası

2. Ən yaxşı müdafiəçi - Fərəc Hümbətov “XUDAFƏRİN” komandası;

3. Ən yaxşı oyunçu - Emin Həsənov “AĞDAM” komandası;

4. Ən məhsuldar oyunçu - Elşən Mustafayev “KƏLBƏCƏR” komandası 17 qol;

5. Ən yaxşı komanda meneceri - Vüqar Nəcəfov “AĞDAM” komandası.

“ANC GROUP” MMC-nin baş direktoru Samir Abdullayev sonda bildirdi ki, şirkət olaraq turnirin hər il keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, futbol turnirinin əsas qalibi dostluq, qardaşlıq, həmrəylik, birlik oldu.

Zəfər günümüz mübarək!