Goranboyda sərxoş sürücü avtomobilini “KamAZ” çırpdı, xəstəxanalıq oldu

21:40 06-11-2021 360

Goranboyda yol-nəqliyyat hadisəsi olub.

“VAZ 2107” markalı avtomobili idarə edən sürücü onu “KamAZ” markalı yük maşınına çırpıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yuxarı Ağcakənd qəsəbəsi yaxınlığında baş verib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan minik maşınının sürücüsü, 1989-cu il təvəllüdlü Kərimov Alqayıt Yusif oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə o, avtomobili sərxoş vəziyyətdə idarə edib.

Faktla bağlı araşdırma aparılır.