Sabirabadda 60 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində ölüb

01:20 07-11-2021 420

Sabirabadda yaşlı kişini elektrik cərəyanı vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Bala Həşimxanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Məstəliyev Şakir Ramiz oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.