Şamaxıda 33 yaşlı kişini avtomobil vurub

09:20 07-11-2021 333

Şamaxı rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1988-ci il təvəllüdlü İsgəndərov Zakir Qüdrət oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı və üz-baş nahiyəsinin sıyrılmış yaraları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.