TBMM-də Azərbaycandakı Türkiyə hərbçilərinin xidməti müddətinin uzadılması müzakirə olunacaq

15:00 07-11-2021 393

Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkə hərbçilərinin Azərbaycandakı mandatının uzadılması ilə bağlı müzakirələr aparılacaq.

Müvafiq qanun layihəsinə parlamentin Baş Məclisi tərəfindən noyabrın 9-da baxılacaq. Müzakirələrdən sonra layihə millət vəkillərinin ixtiyarına veriləcək.

Qeyd edək ki, Azərbaycandakı Türkiyə hərbçilərinin xidməti müddətinin uzadılmasın nəzərdə tutan qanun layihəsi prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən TBMM-ə təqdim olunub.

Mənbə: “Anadolu”