İlham Əliyev və Mehriban Əliyeva Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar

17:20 07-11-2021 386

Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.