Azərbaycanın hərbi qulluqçusu həlak oldu

11:00 03-12-2021 411

Azərbaycan ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində - qayadan yıxılaraq həlak olub.

Bu barədə HerGun.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.