Astara sakini özünü istixanada asdı

14:00 03-12-2021 41

Astara sakini özünü asaraq intihar edib.

“Report”un verdiyi xəbərə görə, hadisə rayonun Kakalos kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1953-cü il təvəllüdlü İsrafil Yunus oğlu Abbasovun cansız bədəni həyətindəki istixanada asılmış vəziyyətdə aşkar olunub.

Ailə üzvləri hadisədən səhər saatlarında xəbərdar olublar.

Kənd sakinləri intihar edən şəxsin və ailəsinin normal həyat tərzi keçirdiklərini və belə bir hadisə üçün əsasın olmadığını söyləyirlər. Yeganə səbəb kimi İ.Abbasovun səhhətində son zamanlar yaranan problemin ola biləcəyini düşünürlər. Hadisə yerinə polis və prokurorluq əməkdaşları baxış keçiriblər.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Ölümün səbəbi aparılacaq ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.