Türkiyəli aktyor xəstəxanaya yerləşdirildi

19:00 03-12-2021 417

Türkiyəli məşhur aktyor Erkan Petekkaya xəstəxanaya yerləşdirilib.

Dünən axşam saatlarından aktyorun böyrəyində problem yaranıb. Petekkayanın müalicəsinin xəstəxanada davam etdiyi bildirilir.

Aktyor dörd il əvvəl böyrək daşından əməliyyat olunub.

Mənbə: DHA