“Harri Potter”in xüsusi seriyasının anonsu yayımlanıb - VİDEO

06:00 07-12-2021 44

“HBO Max” striminq platforması “Harri Potter”in xüsusi seriyası üçün tizer yayımlayıb.

Franşizanın 20 ili münasibəti ilə hazırlanan filmin treyleri “YouTube”da yayımlanıb.

Məlumdur ki, “Potter”in demək olar ki, bütün əsas aktyorları – Deniel Redkliff, Emma Uotson, Rupert Qrint, Tom Felton və başqaları xüsusi buraxılışda rol alıblar.

Xüsusi seriyanın premyerası 2022-ci ilin yanvarın 1-də “HBO Max”da olacaq.

Mənbə: Lenta.ru