Namik Ələskərov Türkiyədə növbəti qoluna imza atdı - FOTO

00:00 12-12-2021 365

Türkiyə birinci Liqasında 15-ci turun oyunları keçirilib. 

Milli komandamızın üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" doğma meydanda "Manisaspor"la qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Namik Ələsgərov oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. O, komandasının yeganə qolunun müəllifi olub. Həmyerlimiz 51-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, "Bursaspor" 18 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.