Kamerunlu həndbolçular ölkələrinə qayıtmaqdan imtina edərək İspaniyada qalmağa qərar verib

04:00 12-12-2021 383

İspaniya polisi bu ölkədə keçirilən həndbol üzrə dünya çempionatı zamanı öz komandasının düşərgəsini tərk edərək qaçan dörd kamerunlu həndbolçunu axtarır.

Kamerunlu həndbolçular bu addımı Rusiyadan olan həmkarlrına 18:40 hesabı ilə məğlubiyyətdən sonra atıblar.

Polisdən bildirilib ki, onların öz əşyalarını götürərək qaldıqları hoteli heç kimə xəbər etmədən tərk etməli onu deməyə əsas verir ki, həndbolçular ölkələrinə qayıtmaqdan imtina edib və İspaniyada qalmağı üstün tutublar.

Mənbə: TASS