Qamaleya Mərkəzi üç aydan bir revaksinasiyadan çəkinməyə çağırdı - FOTO

08:00 12-12-2021 406

Rusiyanın Qamaleya adına Epidemioogiya və Mikrobiologiya Mərkəzi üç aydan bir koronavirusa qarşı revaksinasiyadan çəkinməyə çağırıb.

Bu barədə “Sputnik V” peyvəndinin “Twitter” hesabında xəbərdarlıq edilib.

Agentlik qeyd edib ki, uzun müddətlik sınaqdan keçməyən üç aylıq mRNA buster vaksinlərinin dünya miqyasında sürətlə yayılması gözlənilməz sağlamlıq problemlərinə səbəb ola bilər.

Bundan əlavə, alimlər üç aylıq revaksinasiyaya sürətli keçidin heç bir pandemiyada istifadə edilmədiyini qeyd ediblər.

Həmçinin Mərkəzdən vurğulanıb ki, peyvənd intervalının azaldılmasına keçmək qərarı mRNA vaksinlərinin təsirinin qısa müddətini göstərir.