Ukrayna və Gürcüstanın NATO-ya daxil olması şərtləri açıqlandı

00:00 13-12-2021 369

Ukrayna və Gürcüstan NATO-nun tələblərinə cavab verdikləri təqdirdə, alyansa qəbul edilə bilər.

Bunu bazar günü NBC telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.

“NATO yarandığı gündən aydın şəkildə bəyan edib ki, qapıları üzvlüyə can atan və lazımi meyarlara cavab verən istənilən Avropa ölkəsi üçün açıq olacaq”, - deyə o, bildirib.

Qeyd edək ki, 2008-ci il sammitində Şimali Atlantika Alyansı Ukrayna və Gürcüstanın son nəticədə onun üzvü olacağına dair siyasi bəyanat qəbul edib. Lakin hər iki ölkəyə təşkilata üzv olmaq üçün hüquqi prosedurun ilk addımı sayılan üzvlüyə hazırlaşmaq üçün fəaliyyət planını təqdim etməyib.

Mənbə: TASS