Bakıda 17 yaşlı gənc iki qardaşı bıçaqlayıb
11:00 13-12-2021 381
Bakıda 17 yaşlı gənc iki qardaşı bıçaqlayıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu Şimal Tinqliyi küçəsində qeydə alınıb.
2004-cü il təvəllüdlü Raqib Məmmədov münaqişə zəminində Şəhriyar Soltanov və onun qardaşı Bəxtiyar Soltanovu bıçaqlayıb. R. Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.