Conson Putinə xəbərdarlıq etdi

21:00 13-12-2021 378

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinlə danışıb.

Baş nazir Ukrayna ilə sərhəddə rus qoşunlarının toplanması ilə bağlı Böyük Britaniyanın dərin narahatlığını ifadə edib və gərginliyin azaldılması, münaqişənin həlli üçün diplomatik kanallar vasitəsilə çalışmanın vacibliyini bir daha təsdiqləyib.

Conson Böyük Britaniyanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulayıb, hər hansı aqressiv hərəkətlərin ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

Bundan əlavə, Rusiya və Böyük Britaniya liderləri iqlim dəyişikliyi ilə mübarizə və meşələrin qorunması ətrafında fikir mübadiləsi aparıb, bu sahədə öhdəliklərin yerinə yetirilməsi üçün Böyük Britaniya-Rusiya əməkdaşlığının kritik əhəmiyyətini qeyd edibər.

Mənbə: “RİA Novosti”