“Qəbələ”nin yeni baş menecerinin adı bilindi

18:00 16-12-2021 366

“Qəbələ” klubunun yeni baş menecerinin kimliyi bilinib.

Bu barədə HerGun.Az-a “Qəbələ”nin prezidenti Fariz Nəcəfov bildirib.

Onun sözlərinə görə, “Qəbələ” İdman Klubunun Futbol Akademiyasında rəhbər postunu tutan Nail Kərimov həm də baş menecer funksiyasını icra edəcək:

“Klubun baş meneceri Zaur Əzizov qış fasiləsindən sonra “Neftçi”də fəaliyyətini davam etdirəcək. İnanıram ki, bizdə olduğu kimi, orada da işləri uğurlu olar.

Onun yerinə isə klub Akademiyasının direktoru Nail Kərimovu təyin edəcəyik. O, klubun baş meneceri kimi həm əsas komandanın, həm də Akademiyanın fəaliyyətinə nəzarət edəcək”.

Qeyd edək ki, karyerasına idman jurnalisti kimi başlamış Nail Kərimov uzun illərdir ki, “Qəbələ”də çalışır. O əvvəl klubun mətbuat katibi, daha sonra Akademiyanın direktor müavini və sonda Akademiyanın rəhbəri postunda çalışıb.

Səbuhi Musayev