Canni De Byazi: “Bu qrupda öz sözümüzü deyə bilərik”

23:00 16-12-2021 367

“Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq”.

Bu fikirləri futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkatmasını dəyərləndirərkən deyib.

C Liqasında yer alan Azərbaycan millisi Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.

İtaliyalı mütəxəssis Slovakiyanı qrupun favoriti adlandırıb: “Yəqin ki, bunu deməklə yeni nəsə söyləmiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru formada olsaq, qrupda yaxşı mənada öz sözümüzü deyə bilərik”.

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.