“İnter” Eriksenlə müqaviləyə xitam verdi

19:00 17-12-2021 349

İtaliyanın “İnter” futbol klubu yarımmüdafiəçi Kristian Eriksenlə müqaviləsinə xitam verdiyini açıqlayıb.

Tərəflər müddəti 2024-cü ilin iyun ayınadək olan müqaviləni ləğv etmək barədə razılığa gəliblər.

Xatırladaq ki, danimarkalı futbolçunun ürəyinə  kardioverter defibrilator qoyulub. Bu isə reqlamentə uyğun olaraq, onun İtaliyada oynamasına imkan vermir.

Mənbə: Sports.ru