Tbilisidə yaşayış binasında partlayış: Yaralılar var

01:00 20-12-2021 376

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Vazisubani rayonunda çoxmənzilli yaşayış binasında yerləşən mənzillərin birində baş verən partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların idarə olunması Departamentinin mətbuat xidməti məlumat yayıb.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub. Partlayış dalğası mənzilin divarlarının bir hissəsini uçurub, həmçinin onun yanında dayanan avtomobillərin şüşələrini sındırıb.

Partlayışdan sonra yanğın baş verib, yanğın tez bir zamanda söndürülüb. Xilasedicilər təhlükəsizlik məqsədilə ev sakinlərini təxliyyə ediblər. Onlar otellərdə gecələyəcəklər.

Xəsarət alanlardan biri yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Digərləri yüngül xəsarət alıblar.

Mənbə: TASS