100-ə yaxın ABŞ hərbçisi ekstremist fəaliyyətlə məşğul olub

08:00 22-12-2021 368

Son bir il ərzində 100-ə yaxın ABŞ hərbçisinin ekstremist fəaliyyətlə məşğul olduğu müşahidə edilib.

Bu barədə məlumat Pentaqonun ekstremizmə qarşı daxili mübarizəyə həsr olunmuş sənədində yer alıb.

“Müdafiə Nazirliyi müəyyən edib ki, son bir ildə barələrində qadağan olunmuş ekstremist fəaliyyətdə iştirakı ilə bağlı rəsmi tədbir görülən hərbi qulluqçuların sayı azı 100 nəfər olub”, - deyə məlumatda bildirilir.

Sənəddə vurğulanır ki, Pentaqon daxili təhdidlərə və bölmələrin birliyini poza biləcək digər hərəkətlərə qarşı mübarizəni davam etdirəcək.

Mənbə: TASS