Bakının mərkəzi prospektində baş verən qəza sıxlığa səbəb oldu - FOTO

16:00 22-12-2021 741

Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, tunelin çıxış hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə tunel istiqamətindəki yollarda, Bakı-Sumqayıt şosesi şəhər istiqamətində, eyni zamanda A.Salamzadə küçəsi hər iki istiqamətdə və Qələbə dairəsi ətrafında nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.