Şahzadə Harri və Meqan Markl yeni doğulmuş qız övladlarının ilk görüntüsü yayılıb - FOTO
02:00 24-12-2021 785
Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 4 iyun 2021-ci ildə anadan olan qızları Lilibet Diananın ilk fotosunu paylaşıblar.
Şəkil Harri və Meqanın ailə portretinin əks olunduğu Milad açıqçasının üzərində görünüb.
“2021-ci ildə qızımız Lilibet bu dünyaya gəldi. Arçi bizi (oğlan övladlarını nəzərdə tutur – red) “ana” və “ata”, Lilibet isə ailə etdi”, - Harri və Meqan açıqçanın üzərində yazıblar.
Xatırladaq ki, Harri və Meqanın qızı cütlük kral səlahiyyətlərindən və imtiyazlarından imtina edərək İəvvəlcə Kanadaya, sonra isə ABŞ-a köçdükdən sonra dünyaya gəlib.
What a joyous shot! Happy Holidays H and M. Photograph by @alexilubo pic.twitter.com/zMRHxBHr65
— Misan Harriman (@misanharriman) December 23, 2021
Mənbə: Meduza