Avstriyada azyaşlının yandırdığı benqal şamı iki evi külə döndərdi

00:00 25-12-2021 389

Avstriyada pirotexniki vasitə iki evin yanmasına səbəb olub.

Məlumata görə, insident ölkənin Feldkirx şəhərində baş verib.

On bir yaşlı uşağın Milad ərəfəsində alışdırdığı benqal şamı faciəyə yol açıb. Əvvəlcə yolka, sonra isə bütün ev yanmağa başlayıb.

Tezliklə alov qonşu evə də keçib. Hadisə yerinə 17 yanğınsöndürən maşın və 140 nəfər şəxsi heyət cəlb olunub.

Sakinlərdən heç kim xəsarət almayıb. Yanğın söndürülsə də, hər iki ev tamamilə məhv olub.

Mənbə: “RİA Novosti”