İsrailin baş naziri özünü təcrid etdi
19:00 26-12-2021 464
İsrailin baş naziri Naftali Bennett qızının koronavirus testinin müsbət çıxmasından sonra özünü təcrid edib.
Bu barədə baş nazirin mətbuat katibi Anna Yonatan-Leus məlumat verib.
“Hökumət iclası zamanı Bennet qızının koronavirus testinin müsbət çıxdığını öyrənib və dərhal iclası tərk edib”, - deyə Yonatan-Leus bildirib.
Bundan sonra hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edib.
Məlumata görə, Bennett yeni PCR testindən keçəcək.
Mənbə: “RİA Novosti”