Goranboyda avtomobil aşıb, xəsarət alanlar var
21:00 05-01-2022 420
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir, hadisə rayonun Ballıqaya kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil aşıb. Qəza zamanı 1986-cı il təvəllüdlü C.Abdullayev və 1992-ci il təvəllüdlü S.Həsənzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.