Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək

22:57 04-06-2022 919

   Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir.Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğanın “Biz Azərbaycanın uğurları ilə fəxr edirik” sözü bütün dünyaya bir mesajdır.

Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət”   tezisinə əsaslanır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya tarixi səfərləri çərçivəsində səsləndirdiyi fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi  inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.

     Ümummilli lider Heydər Əliyevin  “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu  gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmiryolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. 

Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edən Azərbaycan və Türkiyə hazırda tərəfdaşları ilə bir çox əsaslı layihələri uğurla reallaşdırır.Bu gün sirr deyil ki, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusiləTürkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha  da dərinləşməsinə müsbət təsir göstərir. 
Rəqəmsal dövlət xidmətləri sahəsində, sərmayə bazarında, maliyyə sektorunda yeni əməkdaşlıq imkanları daim  diqqət mərkəzindədir. Dövlət başçısı çıxışında Türkiyənin iştirakı olmadan bölgədə və dünyada heç bir məsələnin öz həllini  tapa bilmədiyini önə çəkərək, yaxın tarixin də bunu göstərdiyini dedi: “Biz  buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclüedir”. Prezident İlham Əliyev, həmçinin əmin olduğunu bildirdi ki, Azərbaycan və Türkiyə bundan sonra  da hər zaman bir-birinin yanında olacaq, bir-birinin uğurlarına sevinəcəklər.

Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə  , əməkdaşlığın  yüksək səviyyəsi hər tərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbə rverir.

Yaxın günlərdə Azərbaycanın ev sahibliyi etdiyi  “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ölkəmizdə texnologiyaların və innovasiyaların inkişafına təkan verən, eləcə də Azərbaycan və Türkiyənin qardaşlıq və əməkdaşlığını yeni tarixi mərhələyə çıxarmış mötəbər tədbirlərdəndir. Festival aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival  çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.  Festival, həmçinin Azərbaycan və Türkiyənin elm, təhsil və texnologiya sahəsində əməkdaşlığını daha da dərinləşdirərək yeni perspektivlər açmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da iştirak edərək çıxış etmələri festivalın əhəmiyyətini bir daha ortaya qoymuş oldu, eləcə də ölkələrimizin birliyini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

Əminliklə demək olar ki, gənc nəsildə texnologiyalara böyük həvəs oyatmış “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ölkəmizdə gələcəyin yüksək ixtisaslı tədqiqatçılarının yetişməsində böyük rol  oynayacaqdır. İnanırıq ki, Azərbaycan-Türkiyə əlaqələri  bundan sonra da bütün sahələrdə dinamik olaraq inkişaf edəcək, həmrəyliyimiz əbədi olacaqdır.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri