Ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi daima diqqət tələb edir

15:53 29-06-2022 1102

    Azərbaycan və Özbəkistan münasibətlərinin tarixi əsaslı köklərə söykənir. Hər iki xalqı yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, və xalqların təhlükəsizliyi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaradıb.Azərbaycan Respublikasının hazırki prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir.Özbəkistan və Azərbaycan xalqları əsrlər boyu bir-biri ilə sülh şəraitində yaşayıb, bir-birinə qardaş münasibəti bəsləyiblər. Bu gün müstəqil ölkələr olan Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurub. Əminliklə demək olar ki, bizim münasibətlərimizin durmadan inkişafı gələcək zəfərlərin qarantı olacaq.Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir.Prezident İlham Əliyev Özbəkistanda geniş tərkibli görüş zamanı diqqətə çatdırmışdır ki, qarşılıqlı əlaqələr intensivləşməlidir. Hər bir istiqamət – iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Bu yolla ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail ola bilərik.Özbəkistan ölkəmizin bütövlüyünün bərpası işində Azərbaycanı həmişə dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.   Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayırır.21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Ölkə Başçıları arasında müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.İki qardaş ölkə arasında hərbi-texniki sahələrdə də nəzərdə tutulan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir.

    Son olaraq bir daha qeyd etmək istərdim ki, bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri