Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində Şəhidlərin xatirəsinə futbol turniri keçirilib

23:59 27-10-2022 853

   22 oktyabr  2022-ci il tarixdə  Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində  Şəhid  Əliyev Pərvin  Vüqar oğlunun  adını olan  stadionda  Şəhidlərin xatirəsinə  futbol turniri  keçirildi.  Onu da qeyd edək ki, bu gün həm də şəhid Əliyev Pərvin Vüqar oğlunun doğum günüdür.

     Tədbirdə Beyləqan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Bakir Həsənov, Beyləqan rayon Təhsi sektorunun  metodisti  Anar Yaqubov, ATİAHİ Beyləqan rayon Komitəsinin sədri, Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Füzuli rayon  təşkilatının sədri Tahir Həsənov, Həmin təşkilatın Beyləqan  üzrə regional  sədri, AYB,AJB-nın üzvü, “Quruluş ” qəzetinin  baş redaktoru Elman İsrafiloğlu, Şəhid  Pərvin Əliyevin  atası, anası, babası, qardaşları, Qəhrəmanlı  qəsəbə  tam orta məktəbin  direktoru Nizami Bərxudarov,  həmin məktəbin müəllim və şagirdləri, qonaqlar  iştirak etmişlər.

    Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Açılış mərasimindən sonra  yarışlara start verildi. Finalda Beyləqan rayonu Aşıqlı  kənd və Bahar qəsəbə tam orta məktəblərinin  futbolçuları qarşılaşdı. Gərgin və mübarizə şəraitində keçən yarışda Aşıqlı komandası qalib gələrək birinci yer, Bahar futbolçuları ikinci yer və Qəhrəmanlı komandası  üçüncü yer tutaraq  diplom və kubokla mükafatlandırıldı.