Ay işığına gedən yol

Yağışın yağmağı məni çox düşündürür. Yağan yağış təbiətə can verir, susuz çöllərdə bitən otlar, güllər-çiçəklər dirçəlir, inkişaf edir. Uca Tanrının bizə göylərdən göndərdiyi bu nur təbiətdə canlanma yaradır...
Bir də var insan ömrünə yaş yağışı yağa. Təbiətdə baş verən yağışın yağması nəticəsində islanmaqdan qaçıb gizlənmək olar. Amma ömrümüzə yağan zaman adlı yağışdan heç kim qaçıb gizlənə bilmir...
Bax beləcə zamnın, vaxtın yağışında islana-islana ömrümüzü yaşayırıq. Yaşayırıq ki, vətənimizə, elimizə-obamıza xeyir verək, insanlara az da olsa kömək edə bilək. Vətənə xidmət etmək, vətənpərvər olmaq yaşadığımız az ömürdə həmişə bizlərə şöhrət, ucalıq gətirir. Bu günlərdə vətənpərvər bir şair dostum haqqında Sabit Mehdiyevin “Ünvanı vətən şair” adlı kitabı işıq üzü gördü. Vaxtın-zamanın yağışında 60 il ömür sürən şair dostum Elman İsrafiloğlu haqqında yazılan kitabda mənim də ürək sözlərimə yer ayrılıb. Vaxtın yağışına düşənlər bu yağışdan qaça bilmirlər, istəsələr də, istəməsələrdə. Amma Elman İsrafiloğlunun söz yağışına düşənlər bu sözlərin təsirindən ondan ayrılmaq istəməyirlər. Ötən illər ərzində torpaqlarımız havadarlarının köməkliyi ilə mənfur ermənilər tərəfindən işğal olundu. Qərbi Azərbaycandan didərgin olduq, Qarabağ və ətraf rayonlar işğal olundu. Otuz ilə yaxın üzümüz gülmədi, ürəyimiz qan ağladı. Və nəhayət ....
27 sentyabr 2020-ci il Azərbaycan tarixinə qızıl həriflərl yazıldı. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz mənfur erməni işğalçılarını torpaqlarımızdan iti qovan kimi qovaraq ata-baba yurdlarımızı işğaldan azar etdi. Bu şanlı qələbəmizə ən çox sevinənlərdə biri də qələm dostum, şair Elman İsrafiloğludur. “Ali Baş Komandan, Zəfər Bizimdir” şeirində zəfər sevinci ilə yazır:
İgid oğulların şücaətilə,
Mərdlik, qoçaqlığı, cəsarətilə,
Qələbə sədası yayıldı elə,
Ali Baş Komandan, zəfər bizimdir!
Rəşadətli ordumuzun gücü qarşısında tab gətirə bilməyən düşmən ordusunu 44 gün ərzində darmadağın edən Azərbaycan Prezidentinə, Azərbaycan ordusuna eşq olsun! Nəhayət ki, mənfur düşmən Azərbaycan ordusunun gücünü gördü, Ordumuzun qarşısında diz çökdü.
Xalqımın gözündə Siz ucaldınız
Şəhid qisasların ər tək aldınız.
Düşmənə inamla zəfər çaldınız,
Ali Baş Komandan, zəfər bizimdir!
Qələbə sevincin bölür Sizinlə ,
Bu zəfər günündə xalq gülər üzlə.
Fəxr edir xalqımız qələbəmizlə,
Ali Baş Komandan, zəfər bizimdir!
Həmin günləri xalqımızın ümid yeri Silahlı Qüvvələrin Ali Baş Komandanı və şanlı Azərbaycan Ordusu oldu. Xalqımız Prezidentimizə və Ordumuza güvəndi.
Prezident İlham Əliyevin söylədiyi,-“Qarabağ Aəzərbaycandır!” sözü xalqın dilində şüara çevirildi. Uşaqdan böyüyə hər birimiz bu sözü söylədik.- “Qarabağ Aəzərbaycandır!”
Fərəhlə döyünür ürək,
Hamımız birgə söyləyək,
Prezidentin dediyi tək:
-Qarabağ Azərbaycandır!
Qüvvəsini haqdan alan,
Haqq səsi göyə ucalan,
Hər qarışı cənnət olan,
Qarabağ Azərbaycandır!
Dəmir yumuruq kimi birləşdik, bir olduq. Bu dəmir yumuruqla düşməni əzdik, məhv etdik, şəhirlərimizin qisasını artıqlaması ilə aldıq. Bu döyüşlərdə Türkiyə və Pakistan xalqımıza dəstək oldu. Bildirdilər ki, hər zaman Azərbaycanın yanındayıq.
10 dekabr 2020-ci il tarixdə möhtəşəm ZƏFƏR bayramını qeyd etdik. “Zəfərin mübarək Azərbaycanım!” şerində zəfər günü sevincini xalqımızla bölərək şair Elman İsrafiloğlu yazır:
Sevindi otuz il həsrət çəkənlər,
Sevindi kədərin qəlbə bükənlər.
Sevindi illərlə göz yaş tökənlər,
Zəfərin mübarək Azərbaycanım!
Bu günü illərlə biz gözləmişik,
Dəmir yumruq kimi möhkəmlənmişik.
Düşməni yurdumdan təmizləmişik,
Zəfərin mübarək Azərbaycanım!
44 gün davam edən Vətən müharibəsində şəhidlərimiz və qazilərimiz də oldu. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Elman İsrafiloğlu şəhid ailələrində olur, onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün əlindən gələni əsirgəməyir.Qədim Beyləqan torpağı 44 gün davam edən vətən müharibəsində 140 şəhid verib. Bu igid, qəhrəman oğulların sayəsində ata-baba torpaqlarımız azad olundu. “Şəhidlər” şeirində yazır:
Yazıldı tarixə igid adınız,
Haqqın dərgahına siz ucaldınız.
Bayrağa bürünüb Vətən oldunuz,
Əbədi yaddaşda qalan şəhidlər
Azərbaycan boyda olan şəhidlər!
Şair qəhrəman oğulları doğan, böyüdən anaları da qəhrəman adlandırır.Deyir ki, Birinci vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva şəhid anaları ilə görüşündə onları qəhrəman ana adlandırıb. Bu sözlərdən sonra “ Qəhrəman anasan, şəhid anası!” şerini ərsəyə gətirib.
Başını uca tut,qururla dayan ,
Bir oğul doğubsan, igid , qəhrəman.
Oğlunla fəxr edir, can Azərbaycan!
Ucadan ucasan, şəhid anası,
Qəhrəman anasan, şəhid anası!
Sənin tək ananı Tanrı qorusun,
Oğul böyüdübsən eli qorusun.
Vətənləşdi oğlun, Vətən sağ olsun!
Ucadan ucasan, şəhid anası,
Qəhrəman anasan, şəhid anası!
...Gün o gün olsun ki, Elman müəllimin ata-baba torpaqları da-Qərbi Azərbaycan da işğaldan azad olunsun, inşəallah.İyirmi birinci əsirin əvvəllərində Zəngəzur dəhlizinin açılması tarixi bir hadisə, reallıqdır. Allah ömür versə Elman müəllim, ata-baba torpaqlarına da səninlə birgə gedərik, inşəallah.
Şairlər onda güclü əsərlər yaradırlar ki, dünyamızda baş verən hadisələri qələmə almağı bacarır və onu dünya ictimaiyyətinə çatdırırlar. Elman İsrafiloğlu da belə şairlərdəndir. 06 fefral 2023-cü il tarixdə qardaş Türkiyədə baş vermiş zəlzələyə biganə qala bilməyən şair “Başın sağ olsun, canm Türkiyəm” şerini ərsəyə gətirdi. Bu şeri rəhbərlik etdiyim “Müstəqil Respublika” qəzetində dərc edərək ictimaiyyətə çatdırmışıq.Bu şeiri həyəcansız oxumamaq mümkün deyil.Elman müəllim bu şerini qardaş Türkiyənin on vilayətində zəlzələ (deprem) zamanı dünyasını dəyişən ata-analarımza, qardaş bacılarımıza, doğmalarımıza həsr edib. Uca Allah bizi bir daha belə sınağa çəkməsin, inşəallah. Deprem zamanı dünyasını dəyişənlərə Allah rəhmət eləsin, yaralılara şəfa versin:
Kahramanmaraşın üstün dərd aldı,
Bir anın içində zaman dayandı.
Neçə ata-ana övladsız qaldı,
Bu deprem son olsun, canım Türkiyəm
Başın sağ olsun, canm Türkiyəm.
Bu zəlzələnin törətdiyi fəsadları görən şair Türk dünyasının birliyini görür, Türkün dözümlüyünü görür. Azərbaycanın hər zaman qardaş Türküyənin yanında olmasını vurğulayır. Türkün bu ağır sınaqdan da mətinliklə çıxdığını görür və yazır.
Türkün Türklüyünü mən gördüm burda,
Türkün birliyini mən gördüm burda,
Səbr, dözümlüyünü mən gördüm burda
Bu deprem son olsun, canım Türkiyəm
Başın sağ olsun, canm Türkiyəm.
Depremdən çıxana sən arxa oldun,
Hər kəsi köksünə sıxıb qorudun.
Ən ağır gündə də, qürurlu durdun
Bu deprem son olsun, canım Türkiyəm
Başın sağ olsun, canm Türkiyəm.
Elman İsrafiloğlu poeziyasında ana mövzusu xüsusi yer turur. Ana sevgisiylə yaşayan şair anasının dünyadan köçməsi haqqda yazdığı şeirlər çox təsirlidir və körəkdir. Övlad üçün ana həmişə uca bir varlıqdır. Bu varlıq qarşısında həmişə borcluyuq. “Dağıldı ömrümün sarayı,ana” şerində ana, müqəddəsliyindən, ana sevgisindən ana arzu-diləyindən söz açır.Anların necə bir geniş qəlbə malik olduğunu vurğulayır.Axı, analar övlaları üçün dünyada ən yaxşı nə varsa onlara arzulayır, hətta canlarını belə əsirgəməyirlər.
İndi göz yaşımda boğuluram mən,
Sən məni göz yaşlı qoymazdın, ana.
Bizi çox sevərdin, özündən də çox
Baxıb boyumuzdan doymazdın, ana,
Bizi dərd çəkməyə qoymazdın, ana.
Elman İsrafiloğlu ilə hələ doxsanıncı illərin əvvəllərindən dostluq edirik və bu dostluğumuz bu gün də davam edir. Onun rəhbərlik etdiyi təsisçisi və baş redaktoru olduğu “Quruluş” qəzetində və təsisçisi və baş redktoru olduğum “Müstəqil Respublika ” qəzetlərində dəfələrlə şeirlərimiz, publisistik yazılarımız dərc olunub. Bu yazıların içərisində ən çox bəyənilən yazılarımız arasında deyişmələrimiz hər ikimizə böyük uğur gətirib. Bu şeirlərdən “Səni gözləyə-gözləyə”, “Hara gedir belə gözəl,görəsən”, Küsmüşəm özümdən”, Deyişmə”, ”Açılıb”, “Şair nədən nigaransan” , “Səni sevə bilmədim” və sair Elman müəllimlə deyişmələrimiz olub ki, oxucular tərəfindən sevilə-sevilə oxunur.
Elman İsrafiloğlu həm də məhəbbət şairidir desəm yanılmaram. Onun bu mövzuda qələmə aldığı şeirləri həyəcansı oxumaq mümkün deyil. “Bu sevginin rəngi nədi” şeiri bu mənada çox diqqət çəkir:
Bir sevginin həsrətindən,
Əriyir hey baxışlarım.
Kipriklərim dar ağacı,
Asılıbdır göz yaşlarım.
Gözlərimə gedən yoldan,
Gör nə qədər illər keçib.
Bu vaxt, zaman asılmaqçün,
Dar ağacı məni seçib.
Və ya başqa bir şeirində “Bir payız tökülər sənin səsinə”
Bir çiçək gülüşü sınar çöllərdə,
Ömür yarpaq-yarpaq, solar əllərdə.
Gənclik əl eyləyər axan sellərdə
Yarpaqlar bürünər öz nəğməsinə,
Bir payız tökülər sənin səsinə.
Elman İsrafiloğlu şeirləri oxuyan sözün sehrinə düşür və bu aləmdən ayrıla bilməyir. “Axtarıram” , “Var”, “Qalmaz”, “Etüd”, “Danışar”, “Gəlmə”, “Payız küləyi” , “Göz yaşının rəsmi” , “Yaxşıdı” , “Bax” və sair şeirləri bu qəlibdəndir.
Kitabda diqqəti çəkən məqamlardan biri də dostlarına yazdığı ünvanlı şeirlər və aforizimlərdir.
Şair qardaşım sənə həyatda ən gözəl nemət olan cansağlığı arulayıram. Qələmin iti və kəsərli olsun yeni-yeni kitabların işıq üzü görsün. Digər kitablrın kimi “ Ay işığına gedən yol” kitabın da sevilə-sevilə oxucular tərəfindən rəğbətlə qarşılanacaq , inşəallah.
Gülxas Səmədli,
AYB,AJB-niin üzvü, “Müstəqil Respublik ” qəzetini təsisçisi və baş redaktoru, çoxsaylı media mükafatı laureantı., “Sözlü Sehrli Dünya” antalogiyasının redaktorudur.
PS! Məqalə "Müstəqil Respublika" qəzetində dərc olunub.