Milli maraqlara söykənən siyasət

15:26 29-07-2023 827

        Müstəqil Azərbaycanın həm xarici, həm də, daxili arenada uğurlar əldə etməsi, hər iki müstəvidə aparılan düzgün siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkənin sabit inkişafı, vətəndaş hüquqlarının müdafiəsinə, o cümlədən, milli mənafenin qorunmasına köklənmiş siyasət kursu hər zaman öz üstünlüyünü nümayiş etdirir. Sürətli iqtisadi inkişaf və sosial yüksəliş, o cümlədən, siyasi sabitlik ölkəmizin beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsinə zəmin yaradıb. Bu isə, öz növbəsində dövlətimizin dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə xidmət göstərir. Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasət kursu açıq, aydın və səmimidir. Bu fakt hamı tərəfindən təsdiqlənir. Nəticə etibarı ilə bu formatda inkişaf edən münasibətlər isə, dünya tərəfindən yüksək diqqətlə və hörmətlə qarşılanır. Ölkə Prezidenti, cənab İlham Əliyevin apardığı balanslaşdırılmış siyasət kursu Azərbaycanı münaqişələrdən, dövlətlərin və maraqların çəkişməsindən kənarda saxlamaqla yanaşı, öz milli maraqlarımızın yüksək səviyyədə qorunmasına da yol açıb. İstər yerləşdiyimiz Cənubi Qafqaz regionunda, istərsə də, digər regionlarda baş verən siyasi oyunlardan kənarda qalmaqla, yalnız ədaləti və dövlət maraqlarını üstün tutmaqla Azərbaycan hər kəsə müstəqil siyasət yürütdüyünü sübut edib. Azərbaycan müstəqil siyasət aparır. Azərbaycanın bölgədəki təsir imkanları artır. Bunu biz özümüz, öz siyasətimizlə, öz cəsarətli addımlarımızla təmin etmişik. ölkədə yaşanan vətəndaş həmrəyliyi müstəqil siyasətin aparılmasına ən böyük güc verən amildir. Bu gün bölgədə gedən proseslər, əlbəttə ki, Azərbaycanın önəmini daha da artırır. Biz nəinki bu proseslərin iştirakçısıyıq, həm də, bəzi təşəbbüslərin müəllifiyik. Həm iqtisadi, həm nəqliyyat, energetika sahəsində, həm də, siyasi məsələlərin həllində Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır və alınır. Azərbaycanın iştirakı olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz. Azərbaycanın milli maraqları təmin olunmadan bölgədə geniş mənada əməkdaşlıq mümkün deyildir. Bu, reallıqdır və bu reallıqları biz özümüz yaratmışıq. Azərbaycan daim inkişaf edir. Bu inkişafın əsasında isə, Azərbaycan hakimiyyətinin yürütdüyü müstəqil siyasət dayanır. Məhz bu müstəqil siyasət Azərbaycan iqtidarına açıq şəkildə milli maraqları qorumağa imkan verir. Bu isə, həm indi, həm də, gələcəkdə uğurların əldə olunmasında böyük əhəmiyyətə malikdir. Azərbaycan müstəqil olduğunu hər addımda göstərir. Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də, regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl, sistemli addımlar atır. Hazırda, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün, təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Ölkəmizin əldə etdiyi bütün uğurlar, təbii ki, ölkə Prezidenti, cənab İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Məhz ölkə Prezidenti, cənab İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində də keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi-humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi, çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, ölkə Prezidenti, cənab İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar. Azərbaycan öz müstəqil siyasətini milli maraqlar üzərində qurubdur. Milli maraqların qorunması bizim üçün ən başlıca, ən ümdə vəzifədir və bu istiqamətdə ölkəmiz böyük nailiyyətlər əldə edibdir. Müstəqil siyasət aparmaq imkanlarımız Azərbaycanın hərtərəfli inkişafına çox böyük töhfə verir. Biz, istər ölkədaxili, istərsə də, xarici siyasətlə bağlı məsələlərdə müstəqil qərar qəbul etməklə Azərbaycan xalqının milli maraqlarını maksimum dərəcədə müdafiə edirik və bundan sonra da bu siyasət davam etdiriləcəkdir...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.