SÖZLÜ-SEHRLİ DÜNYA – XXII
Antalogiyamızın hər cildi işıq üzü görəndə yeni-yeni imzalarla tanış oluruq. Yaradıcı insanları arayıb,axtarmaq, üzə çıxarmaq Ədəbi Məclisimizin ən ümdə vəzifələrindən biridir desək yanılmarıq. Bu sahədə ən çox zəhməti olanlardan biri də şair dostumuz, Sözlü Sehrli Dünya almanaxının redaktoru Gülxas Səmədlidir.
Payız ətirli Sözlü Sehrli Dünya Antologiyası 2024-cü ilin astanasındadır. Sizlərlə yeni görüşə gəlir, əziz oxucular.
Bu sayımızda tanınmış şair və yazıçılardan Elman İsrafiloğlu, Gülxas Səmədli, Giya Paçxataşvili (Gürcüstan), Zöhrə Qaraqızı, Famil Hacısoy, İsa Zeynaloğlu, Tahir İsmayılov,Əkbər Milli, Raquf Kimsə, Babakişi Beyləqani (Rusiya Federasiyası), Hacı Zaməddin Ziyadoğlu, Zamiq Hacıyev, Tahir Həsənov, Eldar Həsrət,Əlizamin Hüseynli (Qızılbaş),Tahir Hüseyn,Vidadi Hidayət,Xanlar Bəyli, Binnət Əliyev, Sabit Mehdiyev, Xıdır Orucoğlu,Əbülfət İmanov, Oqtay Mirzəyev, Amal Həsrət,Nəsibə Şəfiyeva, Qnyaz Babayurdlu,Səbuhi Abbasov, Gövhər Təyyarqızı, Avtandil Babayev, Könül Səssiz, Qəni Qəmli,Ruslan Mustafayevin şeirləri, hekayələri və publisistik yazılarına geniş yer ayrılmışdır. Hər bir yazarımıza uğurlar diləyir, müqəddəs sözə daha məsuliyyətlə yanaşmağı tövsiyə edirik. Antologiyamızın bu sayında sözə pənah gətirən bütün şair və yazıçılarımızı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.