Yakutiyada havanın temperaturu mənfi 52 dərəcəyə çatdı

09:20 26-11-2019 341

Saxa-Yakutiya Respublikasının Verxoyansk şəhərində havanın temperaturu mənfi 52 dərəcəyə qədər düşüb.

TASS xəbər verir ki, bu barədə respublikanın hidrometrologiya idarəsi məlumat yayıb.

Məlumatda Bataqay yaşayış məntəqəsində mənfi 51 dərəcə olduğu bildirilir. Mənfi 45 dərəcədən aşağı temperatur Momsk, Öymyakon və Tompson rayonlarında qeydə alınıb.

Verxoyansk məktəblərində dərslər məhdudlaşdırılıb.