Ova gedən İmişli sakini gülləyə tuş gəldi

00:20 01-12-2019 25

İmişlidə ov zamanı güllələnmə hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Sarı Su gölünün rayon ərazisinə düşən hissəsində qeydə alınıb. İmişli şəhər Mikayıl Müşfiq küçəsində yaşayan, 1979-cu il təvəllüdlü Mahmudov Hikmət Güloğlan oğlu ov zamanı ehtiyatsızlıq edib, əlindəki ov tüfəngindən atəş açılıb.

Nəticədə güllə onunla birgə ova gedən həmyerlisi, 1984-cü il təvəllüdlü Yaqubov Samir Yusif oğlunun ayağına dəyib. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.