Türkiyə ulduzlarının Yeni il konsertində alacaqları qonorar açılandı: ən çox qazanc Tarkandadır - FOTO

19:40 01-12-2019 25

Yeni il gecəsi Türkiyə şou-biznes ulduzlarının əksəriyyəti Kiprdə konsert proqramı ilə çıxış edəcəklər. Türkiyə mətbuatında bir gecə üçün ən yüksək qonorar əldə edəcək ulduzların siyahısı məlum olub.

Siyahıya başçılığı Tarkan edir. Meqastar çıxışına görə 2 milyon TL (590 min AZN) alacaq.

Siyahının ikinci sırasında keçən ilin birincisi Hadisə yer alıb. O, bu il Kiprdəki konsertə görə 800 min TL (236 min AZN) əldə edəcək.

Üçüncü yerdə Tarkan və Hadisə ilə səhnə paylaşacaq Ebru Gündeş qərarlaşıb. Onun qazancı 600 min TL (177 min AZN) təşkil edir.

Dördüncü yeri isə Sapancada səhnəyə çıxacaq Türk Sənət musiqisinin Divası adlandırılan Bülent Ersoy tutub. O, Yeni il gecəsi 500 min TL (148 min AZN) qazanacaq.

Sibel Can da Yeni ili Kiprdə qarşılayacaq. Onun da qonorar qiyməti 500 min TL (148 min AZN) olacaq.

Türkiyə pop musiqisinin sevilən adlarından olan Yıldız Tilbe də Kipr konsertindən 500 min TL (148 min AZN) əldə edəcək.

Oğlunun təhsilinə görə Londona köçmüş Gülşən də Yeni il gecəsi Kiprdə olacaq. Onun qazancı isə 450 min TL (133 min AZN) təşkil edir.