Londonda terror törədilən körpüdə hərəkət bərpa edildi

10:20 02-12-2019 398

London körpüsündə nəqliyyatın hərəkəti bərpa edilib.

Noyabrın 29-da naməlum şəxs bıçaqla körpüdən keçən insanlara hücum etmişdi. Daha əvvəl körpü üzərində hərəkət qismən bərpa edilsə də, müxtəlif qadağalar qalırdı. 

Bu gün isə London polisi körpü üzərindən bütün qadağaların götürüldüyü barədə “Twitter”də məlumat yayıb. 

Xatırladaq ki, insanlara hücum edən şəxsi London polisi zərərsizləşdirmişdi.

Cinayətkarın hücumu nəticəsində iki nəfər qətlə yetirilib, daha üç sakin yaralanıb. Polis insidenti terror aktı kimi qiymətləndirib. Cinayəti törədən şəxs daha öncə həbs həyatı yaşayıb, 2018-ci ildə cəzasını başa vuraraq azadlığa çıxıb.