İtən alpinistləri axtarmağa gedən xilasetmə qrupu özü də itkin düşdü

17:40 04-12-2019 13

Türkiyənin Uludağ ərazisində itkin düşən alpinistləri axtarmağa gedən xilasetmə qrupu özü də itkin düşüb.

31 yaşlı Mərd Alpaslan və 37 yaşlı Efe Sarp adlı həvəskar alpinistlər zirvəni fəth etmək üçün dağa çıxanda itiblər.

DHA-nın məlumatına görə, onları tapmaq üçün gedən dörd xilasedici də itkin düşüb.

Onların Qaradərə ərazisində qar uçqununa düşdükləri bildirilib.

Daha bir neçə xilasetmə qurupu da onları axtarmaq üçün cəlb edilib.