Türkiyəli “Robin Qud” sakinlərin marketlərdəki borclarını ödəyir

20:40 04-12-2019 13

Türkiyənin İstanbul şəhərində market borclarını ödəyən xeyriyyəçi peyda olub.

O, şəhərin fərqli bölgələrində məhəllə marketlərinə girərək, sakinlərin borclarını ödəyib.

Sondakika.com-un xəbərinə görə, xeyriyyəçi özünü “Robin Qud” kimi tanıdıb.

İndi digər marketlərin sahibləri də sirli xeyriyyəçinin gəlib borcları ödəyəcəyini gözləyir.