Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 21,7 milyard dollara çatıb

09:20 08-01-2020 367

2019-cu ildə Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 21,7 milyard dollara çatıb.

TASS xəbər verir ki, bu barədə Vladimir Putinin İstanbula rəsmi səfəri üçün hazırlanan hesabatda bildirilir.

Məlumata əsasən, 2019-cu ildə ötən ilə nisbətən ölkələr arasında ticarət dövriyyəsi 2,5 faiz artaraq, 21,7 milyard dollar təşkil edib.

Həmçinin, Türkiyədən Rusiyaya ixracın 15,4 faiz artdığı qeyd olunub.  

Ölkələr arasında investisiya yatırımı 10 milyard dollar təşkil edib.