Yasamalda “NİVA” idarəetməni itirərək “Mercedes”ə çırpıldı – FOTO/VİDEO

06:20 09-01-2020 479

Yasamal rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyatı hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, qəza rayonun Mirzəağa Əliyev və İslam Səfərli küçələrinin kəsişməsində qeydə alınıb.

“NİVA” markalı avtomobilin sürücüsü Mirzəağa Əliyev küçəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi İslam Səfərli küçəsindən çıxan “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli, Orxan Hüseynzadə