Pentaqon İranın hücumunun vurduğu zərəri açıqladı

09:40 09-01-2020 417

ABŞ Müdafiə naziri Mark Esper Baş qərargah rəisi, general Mark Milley, Nümayəndələr Palatası və Senatın üzvləri ilə Pentaqonda mətbuata açıqlama verib.

“HaberGlobal”ın məlumatına görə, Esper ABŞ-ın İraqdakı iki hərbi bazasına hücumunun insan itkisi ilə nəticələnmədiyini deyib.

O, 16 raket atıldığını, raketlərin anbarlara, dayanacaqlara, taksi üçün nəzərdə tutulmuş əraziyə və bir helikopterə ziyan vurduğunu bildirib:

“İran üç bölgədən ABŞ-ın iki bazasına qısamənzilli olduğu müəyyən edilən 16 raket atıb. 11 raket Əsəd bazasına, biri isə Erbil bazasına atılıb. İnsan itkisi yoxdur”.

ABŞ və İraqın hücumdan əvvəldən xəbərdar olub-olmadığı ilə bağlı sualları cavablandırmayan Esper hücumun təsadüfi atəş olmadığını deyərək, erkən xəbərdarlıq sistemlərinin hücumun təsirini minimuma endirdiyini bildirib.

Şiə hərbçiləri ilə İranın bir-birinə bağlı olmasına baxmayaraq, ayrı qalması lazım olduğunu deyən Esper “İrandan gələn şiə hərbi qruplarının gələcəkdə oradakı mövcudluğumuzu siyasi və ya hərbi cəhətdən sarsıdılması üçün birbaşa addımlar atacağını gözləyirik”, - deyə vurğulayıb.

Milley isə bildirib ki, hücum maddi təlafat və insan itkisi məqsədilə törədilib.

O, tədbirlər görüldüyü üçün itki olmadığını qeyd edib.

Xatırladaq ki, İran ABŞ-ın İraqdakı iki hərbi bazasına hücum edib.