Vüsal Qasımlı özünə müavin təyin etdi

15:40 09-01-2020 440

Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn mərkəzdə icraçı direktorun müavini vəzifəsinə təyin olunub.

HerGun.Az-ın məlumatına görə, bu barədə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı əmr imzalayıb. 

Qeyd edək ki, Ramil Hüseyn bu vaxta qədər İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışıb.

İlhamə Əbülfət