Tehranda polislə nümayişçilər arasında toqquşma baş verdi – VİDEO

03:40 13-01-2020 116

Tehran küçələrində polislə hökumət əleyhinə etiraz aksiyasının iştirakşıları arasında toqquşmalar baş verib.

Sosial şəbəkələrdən və xəbər portallarından aldığımız məlumata görə, toqquşmalarda 5-7 nəfər yaralanıb.

Nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə olunub.

“İslam inqilabi keşikçiləri korpusu (Sepah) cinayətlər törədir, prezident isə onları dəstəkləyir”, - aksiya iştirakçıları belə bəyanatlar səsləndiriblər.    

Ötən gecə 700-1000 tələbə Ukrayna təyyarəsinin qəzasında ölənlərin xatirəsinə etiraz aksiyası keçiriblər. Daha sonra aksiya hökumət əleyhinə mitinqə çevrilib.