Bakıda faciəli şəkildə ölən tələbələrlə vida mərasimi keçirilib - VİDEO

12:00 15-01-2020 519

Bakıda mənzildə baş verən yanğın zamanı həlak olan Qərbi Kaspi Universitetinin Şri-Lankdan olan tələbələrinin vətənlərində dəfn mərasimi keçirilib. 

Yerli “Newsfirst” agentliyi məlumat verir ki, hüzn mərasiminə ölkənin Təhsil naziri Bandula Qunavardena də qatılıb.

Meyitlərin ölkələrinə çatdırılması Şri-Lankanın Tehran və Dohadakı diplomatik nümayəndələrinin vasitəçiliyi ilə həyata keçirilib.