İsrail “Əsrin müqaviləsi”nə uyğun xəritə hazırlığına başladı

14:20 09-02-2020 21

İsrail ABŞ tərəfindən təklif olunan “əsrin müqaviləsi” əsasında ölkənin tərkib hissəsi olması nəzərdə tutulan İordan çayının Qərb sahilindəki ərazilərin xəritəsinin hazırlanmasına başlayıb.

Bu barədə “The Jerusalem Post” nəşri İsrailin baş naziri Benyamin Netanyahuya istinadən yazıb.

B.Netanyahunun sözlərinə görə, sözügedən tapşırıq üçün yaradılmış İsrail-ABŞ komitəsi tərəfindən artıq xəritənin hazırlanması ilə bağlı işlərin yarısı görülüb.

“Ərazi 800 kvadrat kilometrdir. Biz 1967-ci ildən bu yana gözləyirik. Bundan sonra bir neçə həftə də gözləməyimiz əhəmiyyətli deyil”, - deyə Netanyahu bildirib.